Gürcüstanın müdafiə nazirinin müavini Mamuka Kudava və ABŞ Avropa komandanlığının komandan müavini general Uilyam Uord ikitərəfli əməkdaşlıq və Gürcüstanın NATO-ya inteqrasiyası məsələlərini müzakirə ediblər. Bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat verilib.
Trend xəbər verir ki, sentyabrın 19-da keçirilmiş görüşdə tərəflər Gürcüstan və ABŞ-ın müdafiə sahəsində əməkdaşlıq perspektivlərinə, o cümlədən ABŞ-ın dəstəyi ilə Gürcüstanın Müdafiə Nazirliyinin 3-cü briqadasının hazırlığı və təchizatı məsələsinə toxunub.
Görüşdə həmçinin qeyd olunub ki, ABŞ Gürcüstan ordusunun NATO standartlarına uyğunlaşdırılmasında ona yardım edəcək.