...

Nazarbayev MDB-nin qarşıdakı sammitinin gündəliyinə miqrasiya, nəqliyyat və kommunikasiya məsələlərini daxil etmək niyyətindədir

Dünya xəbərləri Materials 21 Sentyabr 2006 17:12 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev MDB-nin qarşıdakı sammitinin gündəliyinə miqrasiya, nəqliyyat və kommunikasiya məsələlərini daxil etmək niyyətindədir. Bu barədə o, sentyabrın 21-də MDB-nin vergi (maliyyə) araşdırmaları orqanları rəhbərlərinin koordinasiya şurasının üzvləri ilə görüşdə bildirib. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Nazarbayevin fikrincə, bu gün MDB-nin əsas problemlərindən biri miqrasiyadır. "Bütün sivil dövlətlər kimi biz bu məsələnin həlli üçün qanuni əsaslar yaratmalı, mühacirlərin hüquq və məsuliyyətlərini müəyyənləşdirməliyik", - deyə Qazaxıstan prezidenti vurğulayıb. Digər mühüm məsələ isə nəqliyyat və kommunikasiyadır. Məhz bu problemləri N.Nazarbayev oktyabrın 17-də Minskdə keçiriləcək MDB sammiti iştirakçılarının müzakirəsinə çıxaracaq.

Xəbər lenti

Xəbər lenti