...

Ukraynanın Donesk şaxtalarında yeni tələfat qeydə alınıb

Dünya xəbərləri Materials 22 Sentyabr 2006 17:04 (UTC +04:00)

Ukrayna FHN Donesk şaxtalarında yeni hadisələrin baş verdiyini bildirir, tələfat var.

Trend İTAR-TASS-a istinadən xəbər verir ki, Donesk vilayətində "Fominskoye" şaxta idarəsinin yeraltı mədənlərində qazın partlaması nəticəsində üç fəhlə güclü yanıq alıb. "Kirovskaya" şaxtasında layın ventilyasiya hissəsində bir nəfər süxur uçqununun altında qalıb.

Bu hadisələr cümə axşamı baş verib, həmin günün səhəri üç fəhlə Donesk vilayətində "Dopropolskaya" şaxtasında həlak olub.

Xəbər lenti

Xəbər lenti