...

Ermənistan XİN başçısı ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Qarabağ probleminin nizamlanması perspektivlərini müzakirə edib

Dünya xəbərləri Materials 27 Sentyabr 2006 11:26 (UTC +04:00)

Çərşənbə axşamı Ermənistan XİN başçısı Vardan Oskanyan ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Qarabağ probleminin nizamlanması perspektivlərini müzakirə edib. Bu barədə "Novosti-Armeniya" agentliyinə Ermənistan XİN-in mətbuat və informasiya idarəsindən məlumat verilib.

Trend in xəbər verdiyi kimi, görüşdə GUAM ölkələri tərəfindən "uzunsürən münaqişələr"lə bağlı məsələnin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsi kontekstində Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi müzakrə olunub.

Həmsöhbətlər, həmçinin, danışıqların bərpa olunması imkanlarına da toxunub.

Məlumatda deyilir ki, V.Oskanyanın ABŞ dövlət katibinin müavini Nikolas Berns (Nicolas Burns) və BMT Baş Assambleyasının sədri Şeyx Haya Raşed Əl Xəliflə (Sheikha Haya Rashed Al Khalifa) görüşləri planlaşdırılıb.

Qeyd edək ki, Ermənistan XİN başçısı Nyu-Yorkda BMT BA-nın 61-ci sessiyasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti