...

ABŞ-da Rusiyanın ÜTT-yə qoşulması üzrə danışıqların növbəti raundu keçiriləcək

Dünya xəbərləri Materials 27 Sentyabr 2006 15:28 (UTC +04:00)

Çərşənbə günü ABŞ-da Rusiyanın ÜTT-yə qoşulması üzrə RF-ABŞ danışıqlarının növbəti raundu keçiriləcək. Bu barədə RİA Novosti-yə Rusiya danışıqlar nümayəndə heyətinin rəhbəri, İqtisadi İnkişaf Nazirliyinin ticarət danışıqları departamentinin direktoru Maksim Medvedkov məlumat verib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Sentyabrın 27-də Rusiya nümayəndə heyəti ölkənin ÜTT-yə qoşulması üzrə ikitərəfli danışıqların növbəti raundunda iştirak etmək üçün ABŞ-a yola düşür", - deyə M.Medvedkov bildirib.

Bundan əvvəl İİTN başçısı German Qrefin jurnalistlərə verdiyi məlumata görə, Rusiya və ABŞ arasında kənd təsərrüfatı ilə bağlı bir sıra məsələlər razılaşdırılmamış qalıb. İyulda Sankt-Peterburqda keçirilmiş əvvəlki raundda ABŞ-dan RF-yə mal və donuz ətinin tədarük şərtləri ilə bağlı məsələ müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti