...

İranla sərhəddə qaz kəmərində baş vermiş partlayış Türkiyənin enerji təchizatı ilə bağlı problem yaratmayıb

Dünya xəbərləri Materials 30 Sentyabr 2006 11:19 (UTC +04:00)

Türkiyənin BOTAS şirkətinin nümayəndəsinin bəyanatına görə, qaz kəmərində baş vermiş partlayış nəticəsində İrandan qazın verilməsinin dayandırılmasına baxmayaraq, Türkiyənin qazla təchizatı ilə bağlı problem yoxdur.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, hər gün İrandan Türkiyəyə təxminən 20-22 milyon kub metr təbii qaz daxil olurdu. Partlayışdan sonra zərər Rusiyadan "Mavi axın" sistemi üzrə alınmış "mavi yanacaq"la kompensasiya edilir.

Yaxın 3-4 gün ərzində qaz kəmərinə dəymiş ziyanın aradan qaldırılması və işinin bərpası planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti