Avropa Şurasının informasiya cəmiyyətində insan haqları üzrə ümumavropa forumu (Pan-European Forum on "Human Rights in the information Society") oktyabrın 5-6-da Yerevanda keçiriləcək. Çərşənbə axşamı AŞ-nın mətbuat şöbəsindən "Novosti-Armeniya" agentliyinə verilən xəbərə görə, forumda vətəndaş cəmiyyətlərinin, özəl sektorun, elmi dairələrin, mətbuat və AŞ ölkələrinin digər təşkilat nümayəndələri iştirak edəcək.
Forumda İnternet-saytların tərkibinin təsnifatının uşaq və gənclərin İnternetdən istifadəsinin təhlükəsizliyini təmin etmək üçün kifayət etməməsi məsələsinə də toxunulacaq. Bu barədə Trend xəbər verir.