...

"Bizim Ukrayna" müxalifətə keçir və öz nazirlərini hökümətdən geri çağırır

Dünya xəbərləri Materials 5 Oktyabr 2006 15:42 (UTC +04:00)

"Bizim Ukrayna" bloku hökümət koalisiyasından müxalifətə keçir. Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü "Bizim Ukrayna" fraksiyasının lideri Roman Bessmertnı 4 siyasi partiyanın liderləri ilə görüşdən sonra jurnalistlərə verdiyi müsahibəsində bildirib.

O qeyd edib ki, sabah rəsmi protokol qərarları rəsmiləşdiriləcək.

R.Bessmertnı bildirib ki, "Bizim Ukrayna" öz nazirlərini hökümətdən geri çağıracaq. Həmçinin onun sözlərinə görə, "Bizim Ukrayna" onun hissəsi üzrə təyin olunan və "Bizim Ukrayna"nın üzvü olan nazirlərin geri çağırılması üçün Ukrayna prezidentinə müraciət edəcək.

R.Bessmertnıy bildirib ki, əgər kimsə hökümətdən getmək istəmirsə, o zaman partiyadan çıxmaq haqqında qərar qəbul etsin.

Xəbər lenti

Xəbər lenti