...

Avropa Parlamenti deputatlarının İran nümayəndə heyəti ilə birinci görüşü keçiriləcək

Dünya xəbərləri Materials 10 Oktyabr 2006 10:49 (UTC +04:00)

Çərşənbə axşamı BrüsseldəAvropa Parlamenti deputatlarının İran Milli Məclisinin beynəlxalq işlər komitəsinin rəhbəri Mahmud Məhəmmədinin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə birinci görüşü keçiriləcək.

Avropa Parlamentinin mətbuat xidmətindən RİA Novosti agentliyinə verilən məlumata görə, tərəflər İranın nüvə proqramı ilə bağlı mövcud vəziyyəti, ölkənin Avropa Birliyi ilə ticarət əlaqələrini və İranın ÜTT-yə daxil olması perspektivlərini müzakirə edəcək.

Trend in xəbər verdiyi kimi, həmçinin, Yaxın Şərqdə vəziyyət, terror və narkotik qaçaqmalçılığı ilə mübarizə məsələləri də müzakirə mövzusu olacaq.

İran nümayəndə heyətinin AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Xavyer Solana tərəfindən qəbul ediləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti