...

ABŞ iqtisadi sanksiyaları ləğv edərsə, KXDR danışıqları bərpa etməyə hazırdır

Dünya xəbərləri Materials 20 Oktyabr 2006 11:08 (UTC +04:00)

ABŞ iqtisadi sanksiyaları ləğv edərsə, KXDR danışıqları bərpa etməyə hazırdır. Belə bəyanatla Şimali Koreyanın prezidenti Kim Çen İr Çin nümayəndə heyəti ilə görüşündə çıxış edib. Bu barədə (C) Associated Press Cənubi Koreya KİV-nə istinadən xəbər verir. "Əgər ABŞ güzəştə gedərsə, biz də bu addımı atacağıq və ikitərəfli və ya altıtərəfli danışıqlara hazır olacağıq", - deyə Kim Çen İr bəyan edib.

Bundan başqa o, nüvə sınaqlarının keçirilməsinə görə üzr istəyib. Xatırladaq ki, bir gün əvvəl Pxenyanda ÇXR sədrinin xüsusi səfiri Xu Tszintao və KXDR müdafiə komitəsinin sədri Kim Çen İr arasında danışıqlar aparılıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Yaponiya, Cənubi Koreya, ABŞ, Çin, Rusiya və Şimali Koreyanın iştirakı ilə sonuncunun nüvə proqramı üzrə 2003-cü ildə başlamış altıtərəfli danışıqlar 2005-ci ilin noyabrında dayandırılıb. ABŞ Şimali Koreya şirkətlərinə qarşı sanksiyalar tətbiq etdikdən və KXDR hökumətinin xarici banklardakı hesablarını dondurduqdan sonra Pxenyan danışıqlar prosesində iştirak etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti