...

Gürcüstan və Rusiya XİN başçıları iki ölkə arasındakı münasibətləri müzakirə edib

Dünya xəbərləri Materials 25 Oktyabr 2006 16:47 (UTC +04:00)

Gürcüstan və Rusiya xarici işlər nazirləri Gela Bejuaşvili və Sergey Lavrov Moskvada Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN başçıları Şurasının iclası çərçivəsində 2006-cı il 1-2 noyabr tarixlərində ikitərəfli görüşlər keçirəcək.

Gürcüstan XİN-in məlumatına görə, tərəflər bu barədə fevralın 24-də telefon söhbəti zamanı razılıq əldə edib. Həmin vaxt hər iki ölkənin xarici siyasət idakrələrinin rəhbərləri ikitərəfli münasibətlərlə bağlı aktual məsələləri də müzakirə edib.

Noyabrın 1-2-də Gela Bejuaşvilinin Moskvada Rusiya hökumətinin digər nümayəndələri ilə də görüşləri planlaşdırılıb. Bu barədə Trend civil.ge. saytına istinadən xəbər verir.

Nazirlər səviyyəsində görüşlərdən başqa, xarici işlər nazirlərinin müavinləri və departament direktorları səviyyəsində də görüşlər nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti