Ukraynanın baş naziri Viktor Yanukoviç 2007-ci il büdcəsində ÜDM-in 2%-i səviyyəsində kəsiri məqbul hesab edir.
Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə baş nazir bu gün Ukrayna Nazirlər Kabinetinin toplantısında bildirib.
"Bizə 2% kəsir (büdcənin - Trend ) lazımdır", - deyə V.Yanukoviç bildirib.
Xəbər verildiyi kimi, V.Yanukoviç höküməti tərəfindən təklif edilmiş 2007-ci il dövlət büdcəsi layihəsində ÜDM-nin 2,55%-i və ya 15,1 mlrd. qrn. (təxminən 3 mlrd. dollar) səviyyəsində büdcə kəsirinin müəyyən olunması təklif olunur.
Cari il büdcəsinin plan kəsiri ÜDM-in 2,58%-i səviyyəsində təsdiq olunub.