...

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə bundan sonra da ümumbəşəri dəyərləri qoruyacaq"

Dünya xəbərləri Materials 15 Noyabr 2006 13:37 (UTC +04:00)

"Sivilizasiyalar Birliyi" layihəsi çərçivəsində İstanbulun "Çıraqan" otelində keçirilən müşavirədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Öz çıxışında baş nazir bildirib ki, Türkiyə bundan sonra da ümumbəşəri dəyərləri müdafiə edəcək. O vurğulayıb ki, "Sivilizasiyalar Birliyi" uzunmüddətli perspektivə malikdir və layihə hətta ölkənin AB-yə daxil olmasından sonra da davam etdiriləcək.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, tədbirdə çoxlu sayda xarici qonaq, o cümlədən İspaniyanın baş naziri Joze Luis Radriqes Zapatero da iştirak edir.

Xəbər lenti

Xəbər lenti