...

Ukrayna parlamenti daxili işlər və xarici işlər nazirlərini istefaya göndərib

Dünya xəbərləri Materials 1 Dekabr 2006 17:30 (UTC +04:00)

Ukrayna Ali Radası Boris Tarasyuku xarici işlər naziri vəzifəsindən azad edib.

Trend -in Kiyevdəki xüsusi müxbirinin məlumatına görə, Ukrayna parlamenti eyni zamanda Yuri Lutsenkonu da Ukraynanın daxili işlər naziri vəzifəsindən istefaya göndərib.

Ukrayna KİV-nin məlumatına görə, Y. Lutsenko ola bilsin ki, Ukrayna Təhlükəsizlik Xidmətinin sədri vəzifəsinə təyin olunsun.

Dünən, noyabrın 30-da Ukrayna prezidenti Viktor Yuşenko UTX-nin sədri İqor Drijçanıyı vəzifəsindən azad etmək haqqında fərman verib. Digər sərəncamla İ. Drijçanıy Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin müavini vəzifəsinə təyin olunub.

Xəbər lenti

Xəbər lenti