...

İran və Ukrayna konstitusiya yurisdiksiyası orqanları arasında münasibətləri qaydaya salırlar

Dünya xəbərləri Materials 2 Dekabr 2006 13:50 (UTC +04:00)

İran və Ukrayna iki ölkənin konstitusiya yurisdiksiyası orqanları arasında işçi əlaqələrin qurulmasının tərəfdarıdırlar. Bu isə konstitusiya məhkəmə icraatı sahəsində əməkdaşlığa, müsbət təcrübə mübadiləsinə səbəb ola bilər.

İRNA müxbiri "LІQABіznesІnform"a istinadən xəbər verir ki, bu barədə İRİ-nin Kiyevdəki səfiri Musa Kazeminin Ukrayna Konstitusiya Məhkəməsinin sədri İvanr Dombrovski ilə Ukraynanın paytaxtında keçirilmiş görüşündə məlumat verilib.

Görüş zamanı İ.Dombrovski M .Kazemini Konstitusiya Məhkəməsinin formalaşması qaydası, onun səlahiyyət və funksiyaları, Ukraynada konstitusiya icraatının xüsusiyyətləri ilə tanış edib. Bu barədə Trend xəbər verir.

Musa Kazemi, öz növbəsində İran Konstitusiyasının müdafiəsi üzrə Şuranın fəaliyyəti, onun vəzifələri və dövlət hökumət orqanları sistemində yeri, İslam Respublikasının siyasi və ictimai həyatında, Məclislə münasibətlərdəki rolu haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti