...

Moroz Ukrayna və Rusiya Federasiyası arasında əməkdaşlıq haqqında Müqavilənin etibarlılıq müddətinin uzadılmasının tərəfdarıdır

Dünya xəbərləri Materials 5 Dekabr 2006 16:48 (UTC +04:00)

Ali Radanın sədri Aleksandr Moroz Ukrayna və Rusiya arasında əməkdaşlıq haqqında Müqavilənin etibarlılıq müddətinin uzadılmasının tərəfdarıdır.

Trend in Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, bu barədə o, bu gün Ukrayna Ali Radası və Rusiya Federasiyası Federal yığıncağı arasında əməkdaşlıq üzrə Parlamentlərarası komissiyanın yeddinci toplantısında bildirib.

"Elə işləmək lazım idi ki, 10 illik müqavilənin fəaliyyəti dayanmasın, əksinə davam etsin", - deyə o bildirib.

Ukrayna və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə 31 may 1997-ci ildə Kiyevdə imzalanıb. 14 yanvar 1998-ci ildə Ukrayna Ali Radası bu Müqaviləni təsdiq edib. RF Federal yığıncağının Dövlət Duması onu 25 dekabr 1998-ci ildə təsdiq edib. Müqavilə təsdiqnamələrin dəyişdirildiyi gün - 1 aprel 1999-cu ildə qüvvəyə minib. Müqavilə on il müddətinə imzalanıb.

Xəbər lenti

Xəbər lenti