...

RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi: "Gürcüstan militarizasiya sahəsində faktiki olaraq dünya liderinə çevrilib"

Dünya xəbərləri Materials 13 Dekabr 2006 20:47 (UTC +04:00)

"Gürcüstan militarizasiya sahəsində faktiki olaraq dünya liderinə çevrilib". Bunu bu gün xarici dövlətlərin hərbi attaşeləri ilə görüşdə RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yuriy Baluyevski bildirib. "Gürcüstanın müdafiə büdcəsi daim artır. Təkcə cari ildə yarım dəfə artıb".

"RBK"ya istinadən Trend bildirir ki, qərargah rəisi son vaxtlar Gürcüstanın başqa ölkələrdən, o cümlədən NATO ölkəlrindən daha aktiv şəkildə silah və hərbi texnika alması faktını xüsusilə vurğulayıb.

O bildirib: "Sovet (Rusiya) istehsalı olan bu texnika satılır və təbii ki, son istifadəçinin sertifakatı olmadan - burdan da qeyri-qanuni silah dövriyyəsi başlayır".

O həmçinin əlavə edib ki, silah və hərbi texnika tədarükü münaqişə regionlarına edilir ki, bu, Gürcüstana bu texnikanı satan ölkələrin üzərinə götürdükləri beynəlxalq öhdəliklərə ziddir".

Xəbər lenti

Xəbər lenti