...

Qəzet: Bağdadda Səddam Hüseynin edam olunması üçün dar ağacı quraşdırılıb

Dünya xəbərləri Materials 28 Dekabr 2006 19:00

Trend-i buradan izləyin

İraqın keçmiş prezidenti Səddam Hüseyn yaxın günlərdə edam olunacaq. Bu barədə Londonda dərc olunan "Əl-Həyat" ərəb qəzeti İraq hökümətindəki mənbələrə istinadən xəbər verir.

Qəzetdəki məlumata görə, hökümət binası, ABŞ və Böyük Britaniya səfirliklərinin yerləşdiyi Bağdadın xüsusilə qorunan "yaşıl zonasında" artıq dar ağacı quraşdırılıb, polis isə gücləndirilmiş rejimə keçib.

Cümə axşamı İraqın Ali cinayət məhkəməsi Hüseynə qarşı çıxarılmış ölüm hökmünün icrası haqqında fərman çıxarıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

İraqın Ali cinayət tribunalının qaydalarına görə, hökm qəbul olunduqdan sonra 30 gün ərzində yerinə yetirilməlidir.

İraq prezidentinin administrasiyasından bildirilib ki, İraqın apelyasiya məhkəməsinin qərarı qətidir və prezident Cəlal Talabaninin qərarı təqdir etməsi tələb olunmur.

Xəbər lenti

Xəbər lenti