...

Gecə baş verən qəza Tbilisinin böyük hissəsini elektrik enerjisiz qoyub

Dünya xəbərləri Materials 9 Yanvar 2007 10:42 (UTC +04:00)

Bu gecə Tbilisinin böyük bir hissəsi edektrik enerjisiz qalıb. Trend"in Tbilisidəki müxbirinə Gürcüstanın Enerji Nazirliyindən bildiriblər ki, bu, dövlətə məxsus Didube 220 yarımstansiyasında baş vermiş qəza üzündən baş verib.

Qəza nəticəsində qısaqapanma olub, yanğın baş verib, yanğını tez söndürməyə müyəssər olublar, lakin yarımstansiyaya ziyan dəyib. Gecə saaat 3:30-dan bu ana qədər Didubski, Çuquretski rayonlarında, Diqomi və Subartalonun bir hissəsində, Rustaveli prospektinə yaxın küçə sakinlərinin evləridə enerji yoxdur. Bütün gecə yarımstansiyada əlaqədar təşkilatın əməkdaşları bərpa işləri ilə məşğul olublar, saat 13:00 üçün enerjinin bərpa ediləcəyinə söz veriblər.

Xəbər lenti

Xəbər lenti