...

Qazaxıstanın yeni hökumətində bir sıra nazirliklərin rəhbərləri öz vəzifələrində qalıb

Dünya xəbərləri Materials 11 Yanvar 2007 12:10 (UTC +04:00)

Dövlət başçısının mətbuat xitdmətinə istinadən Trend in Astanadakı müxbiri xəbər verir ki, Qazaxıstanın yeni hökumətində bir sıra nazirliklərin rəhbərləri öz vəzifələrində qalıb.

Belə ki, prezident Nursultan Nazarbayevin fərmanı ilə respublikanın daxili işlər naziri vəzifəsinə Baurcan Muhammədcanov, kənd təsərrüfatı naziri vəzifəsinə Axmetcan Yesimov, ədliyyə naziri vəzifəsinə - Zaqipa Baliyeva, səhiyyə naziri vəzifəsinə Anatoliy Dernovoy, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Gülcan Karaqusova, nəqliyyat və komunikasiya naziri vəzifəsinə Serik Axmetov, maliyyə naziri vəzifəsinə Natalya Korcova, ətraf mühiti mühafiəzə üzrə nazir vəzifəsinə Nurlan İskakov, mədəniyyət və informasiya naziri vəzifəsinə Yermuxamet Yertısbayev, turizm və idman naziri vəzifəsinə Temirxan Dosmuxanbetov, energetika və mineral ehtiyatları naziri vəzifəsinə Baktıkoca İzmuhambətov təyin edilib.

Xəbər lenti

Xəbər lenti