...

Pakistana məxsus təyyarə Kanadada qəza şəraitində enməyə məcbur qalıb

Dünya xəbərləri Materials 11 Yanvar 2007 16:16 (UTC +04:00)

Kanadanın Toronto şəhər aeroportunda Pakistanın "Pakistan International Airlines" aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza şəraitində enməyə məcbur qalıb. 200 sərnişin və 10 ekipaj üzvündən ibarət Boeing 777-200 təyyarəsi Torontodan Laxora (Pakistan) uçuş həyata keçirirmiş. Lakin təyyarə havaya qalxdığı andan dərhal sonra ekipaj mühərriklərdən birində vibrasiya müşahidə edərək havaya qalxdığı aeroporta enmyə məcbur qalıb. Bu barədə "RBK"ya istinadən Trend bildirir.

Təyyarə heç bir insidentsiz enib, təyyarədəkilərə xəsarət dəyməyib. Aydınlaşdırılıb ki, mühərrik ciddi zədələnib və mütləq dəyişdirilməlidir. Təyyarənin yanvarın 11-də uça biləcəyi gözlənilir. "Associated Press" xəbər verir ki, hələlik bütün sərnişinləri otellərdə yerləşdiriblər..

Xəbər lenti

Xəbər lenti