...

Mixail Saakaşvili yuxarı Abxaziyada çoxfunksiyalı bina açıb

Dünya xəbərləri Materials 11 Yanvar 2007 17:17 (UTC +04:00)

Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Yuxarı Abxaziyanın Ajara kəndində yeni çoxfunksiyalı bina açıb. Binada yerli əhalinin təqaüd alacağı "Xalq bankı"nın filialları, Dövlət Sosial Sığorta Fondunun filialı, kinoteatr yerləşdirilib. Bu barədə Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir.

Yeni tikilinin təqdimatından sonra prezident Çxalta kəndinə yola düşüb və Abxaziya legitim hökümətinin iclasında iştirak edib. Mixail Saakaşvili Abxaziya tərəfini bir daha dialoqa və Gürcüstan-Abxaziya münaqişəsinin sülh yolu ilə nizamlanmasına çağırıb. Qeyd etmək lazımdır ki, Dövlət dəftərxanası bütün günü Saakaşvilinin Yuxarı Abxaziyaya səfər etməsi faktını böyük səylə gizlədib. Kuluar versiyaya görə, bu, prezidentin təhlükəsizliyinin təmin olunması üçün edilib.

Xəbər lenti

Xəbər lenti