...

Latviya Rusiyaya ərazi iddialarından imtina edib

Dünya xəbərləri Materials 17 Yanvar 2007 18:00 (UTC +04:00)

Latviya höküməti Rusiya ilə sərhədlər barədə saziş layihəsindən ərazi iddiaları barədə bəndi çıxarmaq qərarına gəlib. Yeni sənədə əsasən, Riqa Pskov vilayətininin Pıtalov rayonunu Rusiya ərazisi kimi tanyır. Əvvəllər Latviya tərəfi sərhəd sazişi layihəsinə 1920-ci il tarixli sülh müqaviləsinin bir hissəsini salmaq istəyirdi, bu müqaviləyə görə, göstərilən ərazilər Latviyaya aid olmalı idi. Bu barədə Trend RBK-a istinadən xəbər verir.

Rusiya-Latviya sazişinin yeni variantı Latviya parlamenti tərəfindən qəbul oluna və tərəflər tərəfindən bu ilin sonunadək imzalana bilər. Bu barədə Associated Press xəbər verir.

Latviyada Abrene adlandırılan Pıtalovo rayonu Rusiya Federasiyasının tərkibinə ikinci dünya müharibəsindən sonra daxil olub. Onun qaytarılması tələbilə Latviya millətçiləri çıxış edirlər. Məhz bu ərazi barədə RF prezidenti Vladimir Putin bəyanat vermişdi ki, Latviya Rusiya torpaqlarının yerinə tezliklə "ölü uzunqulaqdan qulaq" alacaq.

Rusiya və Latviya sərhəd barədə rəsmi razılığı hələ 2005-ci ilin mayında əldə etmək istəyirdi, lakin son məqamda Riqa sənədin imzalanmasını Pıtalov rayonuna iddialarına görə saxladı. Latviyadan başqa, Rusiya ilə Estoniyanın da rəsmi sərhədi yoxdur.

Xəbər lenti

Xəbər lenti