...

Afrika birliyi sülhməramlıları Somaliyə göndəriləcək

Dünya xəbərləri Materials 20 Yanvar 2007 13:58 (UTC +04:00)

Afrika birliyi sülhməramlı qüvvələrinin doqquz batalyonunun Somaliyə göndərilməsi haqqında qərarı təsdiq edib. Bu barədə Bi-ği-si AB-dəki mənbəyə istinadən xəbər verir.

Mülhməramlılar vəziyyətin sabitləşdirilməsi üçün altı ay ərzində ölkəyə göndəriliblər və nəticədə BMT-nin idarəsinə keçəcəklər. Onlar ötən aydan Somalidə olan Efiopiya qoşunlarını əvəz edəcəklər.

Uzun müddətdir ki, ölkədə hökümət və islamçıların silahlı formalaşmaları arasında silahlı münaqişə dayanmır. 2004-cü ildən Somalidə beynəlxalq ictimaiyyətin dəstəklədiyi keçid hakimiyyəti fəaliyyət göstərir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

BMT baş katibi Pan Gi Mun yanvarın 5-də beynəlxalq sülhməramlı qüvvələri Somaliyə yeritməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti