...

ABŞ Dövlət katibi xarici biznesmenləri İran şirkətlərilə biznes aparmamağa çağırıb

Dünya xəbərləri Materials 22 Yanvar 2007 16:58 (UTC +04:00)

ABŞ Dövlət katibi Kondoliza Rays xarici biznesmenləri İran şirkətləri ilə işləməkdən ehtiyatlanmağa çağırıb, belə ki, yaxın gələcəkdə Tehrana münasibətdə sanksiyalar qoyula bilər. "Məncə, adamlar başa düşməlidir ki, İranla biznes aparmaq necə risklidir. Adamlar başa düşməlidir ki, sanksiya qoyulması riski var"- deyə (s)Reuters K. Rayslın bir alman nəşrinə verdiyi müsahibədən sitat verib.

O, Vaşinqtonun İran rəhbərliyinə hansı yeni cəza ölçüsü təklif edəcəyini dəqiqləşdirməkdən imtina edib. BMT təhlükəsizlik Şurasının qətnaməsinə görə 21 fevral 2007-ci ildə İran hökümətinə bütün nüvə tədqiqatlarını dayandırmaq barədə qoyulan müddət başa çatır. Tehranın Təhlükəsizlik Şurasının tələblərini yerinə yetirməyəcəyi halda qətnamə sanksiyaları tətbiqinin mümkünlüyünü qeyd edir. Bu barədə Trend RBK a istinadən xəbər verir.

K. Rays həmçinin vurğulayıb ki, ABŞ İraqın gələcəyi barədə İran və Suriya ilə danışıqnlarda maraqlı deyil. "Əgər iranlılar və suriyalılar İraqda stabilliyi qorumaq istəyirlərsə, onların bunu etməyə üsulları çoxdur"-deyə o, vurğulayıb.

Xəbər lenti

Xəbər lenti