...

C.Buş konqresi ABŞ-ın İraqda hərbi kampaniyasının yeni strategiyasını dəstəkləməyə çağırıb

Dünya xəbərləri Materials 24 Yanvar 2007 16:52 (UTC +04:00)

ABŞ prezidenti Corc Buş "Ölkənin vəziyyəti haqqında" hər il konqresə etdiyi müraciətində qanunvericiləri ABŞ-ın İraqda hərbi kapaniyası ilə bağlı təklif etdiyi yeni strategiyanı dəstəkləməyə çağırıb.

ABŞ prezidenti bildirib: "Gəlin məsələnin həllini tapaq və qələbə qazanaq. Bizim ölkə İraqda yeni strategiyaya başlamağa çalışır və mən sizdən xahiş edirəm ki, özünü göstərmək üçün ölkəmizə fürsət verəsiniz".

"RBK"ya istinadən Trend xəbər verir ki, C.Buş əlavə edib: "Mən sizdən xahiş edirəm ki, artıq İraqda olan və ora yola düşəcək hərbçilərimizi dəstəkləyəsiniz".

Prezident deyib: "Bizlərdən hər biri istəyir ki, bu müharibə bitsin, qalib gələk, lakin biz vədlərimizi yerinə yetirmədən dostlarımızı ata bilmərik, təhlükəsizliyimizi risk altına ata bilmərik, bu bizə yaraşmaz".

"Associated Press" agentliyi Amerika prezidentinin sözlərini sitat verib: "Hazırda bu döyüşün nəticəsi hələ də bizim ixtiyarımızdadır".

Xəbər lenti

Xəbər lenti