...

Yaponiyada daha bir "quş qripi" təhlükəsi təsdiq edilib

Dünya xəbərləri Materials 31 Yanvar 2007 11:16 (UTC +04:00)

Yaponiya hakimiyyəti daha bir "quş qripi" təlhükəsini rəsmi şəkildə təsdiq edib. "Associated Press" agentliyi xəbər verir ki, tədqiqatlar göstərib ki, Okayamada quşçuluq fabrikində quşlarn kütləvi şəkildə məhv olmasının səbəbi insan üçün təhlükəli H5N1 virusu olub. Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında deyilir ki, cari il başlayandan bu, ölkədə qeyd alınmış "quş qripi"nin artıq üçüncü faktıdır.

2007-ci il yanvarın 30-da Yaponiya hökuməti Miyadzakidə yerləşən quşçuluq fermalarından birində də quşların kütləvi şəkildə qırılması faktını qeydə alıb. Orda da quşların tələf olmasının səbəbi kimi H5N1 virusu ehtimal olunur. "RBK"ya istinadən Trend xəbər verir ki, bunun doğruluğunu yoxlamaq üçün əlavə laboratoriya analizlərinə ehtiyac var.

2003-cü ildən başlayaraq dünyada "quş qripi"ndən 164 adam ölüb, əksəriyyəti Asiya ərazisindən. Xəstəliyin qarşısını almaq məqsədilə məhv edilmiş, eləcə də xəstəlikdən tələf olmuş quşların sayı 200 milyonu keçib.

Xəbər lenti

Xəbər lenti