...

Ukrayna prezidenti Katibliyinin başçısı Rusiyaya işgüzar səfərə yola düşüb

Dünya xəbərləri Materials 31 Yanvar 2007 15:07 (UTC +04:00)

Ukrayna prezidenti Katibliyinin başçısı Viktor Baloqa bu gün Moskvada işgüzar səfərdədir.

Trend in Kiyevdəki xüsusi müxbirinin verdiyi xəbərə görə, Ukrayna prezidentinin mətbuat xidməti məlumat verir ki, V.Baloqa Moskvada Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin, RF Təhlükəsizlik Şurasının katibi İqor İvanov və RF Prezidenti Administrasiyasının rəhbəri Sergey Sobyaninlə görüşəcək.

Danışıqların mövzusu - Rusiya prezidenti Vladimir Putinin 22 dekabr 2006-cı il tarixində Kiyevə səfəri zamanı keçirilən Ukrayna-Rusiya dövlətlərarası komissiyanın birinci iclasının nəticələri üzrə razılaşmaların yerinə yetirilməsidir. O cümlədən, tərəflər 2007-2008-ci illərdə Ukrayna-Rusiya Fəaliyyət planı üzərində işlərin başa çatmasını, Ukrayna-Rusiya strateji əməkdaşlığın saxlanması haqqında bəyannaməni, eləcə də dövlət başçıları səviyyəsində qaz sahəsində Ukrayna və Rusiya əməkdaşlığının prinsipləri haqqında Memorandumu müzakirə edəcəklər. V.Baloqinin səfəri Ukrayna prezidenti Viktor Yuşenkonun Rusiya paytaxtına səfərinə hazırlıq çərçivəsində keçir.

Xəbər lenti

Xəbər lenti