...

İran tələbələri Tehranda antiamerika nümayişi keçirirlər

Dünya xəbərləri Materials 9 Fevral 2007 17:41 (UTC +04:00)

Tehranda ABŞ-ın maraqlarını təmsil edən İsveçrə səfirliyinin binasının qarşısında tələbələrin antiamerika nümayişi keçirilir.

İran KİV-lərinin verdiyi xəbərə görə, İranın müxtəlif universitetlərinin təxminən 300 tələbəsi Vaşinqtonnun bölgədə apardığı siyasət və ABŞ-ın Tehranın nüvə proqramına yanaşmasına qarşı etiraz əlaməti olaraq antiamerika və antiisrail şüarları ilə çıxış edirlər. Bu barədə Trend www.rian.ru saytına istinadən xəbər verir.

İran və ABŞ arasında diplomatik və ticari -iqtisadi əlaqələr 1979-cu ildə Tehranda ABŞ səfirliyinə hücumdan sonra pozulub. O zaman radikal əhval-ruhiyyəli islamçılar, İmam Xomeyninin tərəfdarları ABŞ-ın İrandakı səfirliyini hücumla ələ keçirib və ABŞ-ın diplomatik missiyasını "İrana qarşı casusluq və əlbirlik yuvası" elan ediblər. Amerika səfirliyinin 52 əməkdaşı tutulub, onlar 444 gün girov saxlanılıblar.

Xəbər lenti

Xəbər lenti