...

Gürcü banklarının kapitalında xarici iştirak 100 mln. ABŞ dollarını ötür

Dünya xəbərləri Materials 24 Fevral 2007 11:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend müxbir N.Kirtsxalia/ Fevralın 1-nə olan məlumata görə, xarici maliyyə institutları və başqa qeyri-rezidentlərin gürcü kommersiya banklarının kapitalına həyata keçirdiyi birbaşa investisiyalar 101 mln. ABŞ dollarını ötüb. Bu barədə Trend in xüsusi müxbirinə Gürcüstan Milli Bankından məlumat verilib.

2006-cı ilin yanvar ayı ilə müqayisədə kapitala qoyulan investisiyaların həcmi 61 mln. lari artıb. Hazırda 10 kommersiya bankının kapitalında xarici iştirak var. Fevralın 1-nə olan məlumata görə, xarici maliyyə institutları tərəfindən 8 gürcü kommersiya bankı üçün ayrılmış kredit xəttləri və borcların həcmi 694 mln. lari təşkil edib, bu isə 2006-cı ilin analoji göstəricisindən 352 mln. lari çoxdur.

Aşağıdakı maliyyə institutları gürcü kommersiya banklarının nizamnamə kapitalına sərmayə qoyub və onlar üçün kredit xətləri ayırıb: EBRD, IFC, DEG, KFW, "Prokreditbank" SC, "Komertsbank", "Vneştorqbank", "Bank Avstriya Kreditanştal", "Kaskad-bank", "Qara dəniz ticarət və inkişaf bankı" (BSTDB) və başqaları.

Gürcü kommersiya banklarının kapitalına xarici sərmayənin qoyulması həm özəl investorlar əsasında, həm də ölkədə institusional quruculuğun dəstəklənməsi çərçivəsində həyata keçirilir. Xarici bankların bazarda iştirakı sağlam rəqabəti gücləndirir və kredit resurslarını daha ucuz edir, eləcə də yeni texnologiyalar əsasında xidmət üzrə yeni prinsiplərin tətbiq olunmasına yardım edir.

Gürcüstanın bank sisteminin investisiya cəlbediciliyi onun inkişafının dinamikliyi ilə şərtləndirilib. Bundan başqa, nisbətən qısa müddətdə artan iqtisadiyyatı olan ölkələrə kapital qoyuluşu böyük gəlir gətirəcək.

Xəbər lenti

Xəbər lenti