...

Avropa Şurası 8 mart münasibəti ilə tədbir keçirəcək

Dünya xəbərləri Materials 7 Mart 2007 16:22 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/ 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Avropa Şurasının mərkəzi binasında tədbir keçiriləcək.

Avropa Şurasının rəsmi məmurlarının da iştirak edəcəyi tədbirdə qadın huquqlarının tapdanması və qadın azadlığı mövzularında konfrans keçiriləcək. Ailələrdə qadınlara edilən təzyiq, qadınların təhsildən kənarda qalması və s. kimi məsələlər müzakirə ediləcək konfransda mövzuyla bağlı sənədli film nümayiş etdiriləcək.

Tədbirdə Strasburq bələdiyyəsinin başçısı Fabian Keller, Avropa Şurasına üzv ölkələrin, o cümlədən Azərbaycanın AŞ yanındakı daimi nümayəndəliyi də iştirak edəcək.

Bu arada bu gün AŞ rəhbərliyi 46 üzv ölkəyə 8 mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ünvanlanmış bəyanat yayıb. AŞ rəhbəri Rene Van der Linden və AŞ insan hüquqları üzrə komissarı Tomas Hammerberq imzaladığı bəyanatda qadın hüquq və azadlıqlarından bəhs edilib. Bütün üzv ölkələri bu məsələdə daha da həssas olmağa çağıran bəyanatda ailələrdə qadın hüququnun tapdanması kimi dünya qadınlarının yaşadığı müxtəlif problemlərə yer verilib.

Xəbər lenti

Xəbər lenti