...

Rusiya və Çin İrana qarşı yönələn maliyyə sanksiyalarına qarşı çıxırlar

Dünya xəbərləri Materials 10 Mart 2007 11:06 (UTC +04:00)

Rusiya və Çin İrana münasibətdə aparılan maliyyə sanksiyalarına qarşı çıxıblar. Hazırda BMT-nin təhlülkəsizlik şurasında yeni qətnamə hazırlanır. RBK məlumat verir ki, Vaşinqtonun fikrincə bu qətnamə uranın zənginləşdirilməsi işlərini dayandırmaqdan imtina edən Tehrana qarşı sanksiyaları daha da sərtləşdirəcək.

Güman edilir ki, şəxsi hesablar, şirkətlər və dövlət strukturlarının, İran İslam İnqilabı Keşikçiləri Korpusunun və Bank Sepah kimi qurumların bank hesabları dondurulacaq. Bundan əlavə, İrana maliyyə yatırımları, qrant və kredit ayırmalarına qadağa qoyulması məsələsinə də baxılır. Amma Rusiya və Çin bununla razı deyil.

Hazırda isə qətnamə "altılıq" (beş daimi üzv və Almaniya) daxilində müzakirə olunur. Bu ölkənin təmsilçiləri həftə ərzində artıq 4 görüş keçiriblər.

Çin Xalq Respublikasının BMT-dəki daimi nümayəndəsi Van Quanyanın bildirdiyinə görə, martın 9-da keçirilmiş görüşdə müzakirə olunan maliyyə və ticarət sanksiayaları Çini çox narahat edir. Bu cür hərəkətlər daha çox İran xalqına zərbə vuracaq. "Hesab etmirəm ki, biz növbəti həftəyə hazır ola bilərik",-deyə çinli diplomat bildirib.

Reuters-in verdiyi məlumata görə isə, BMT-dəki Rusiya təmsilçisi Vitalu Çurkin qətnamənin növbəti həftə tam hazır formada müzakirə üçün Təhlükəsizlik Şurasının 15 üzv ölkəsinə təqdim ediləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti