İraq silahlıları AFR-i 10 gün ərzində qoşunlarını Əfqanıstandan çıxarmayacağı təqdirdə iki alman girovunu - qadın və onun oğlunu öldürüləcəyi ilə hədələyir. Çox da tanınmamış "Ədalət oxları" qruplaşması bununla bağlı video çarxı bu gün internetdə yerləşdirib.
(s) Reuters -in məlumatına əsasən, videoyazıda Almaniya vətəndaşı olan girov qadın ölkəsinin rəhbərliyini ekstremistlərin tələblərini yerinə yetirməyə çağırır. Videoyazıda həmçinin əsirin şəxsiyyət vəsiqəsi də təqdim olunur.
Hazırda Əfqanıstanda Almaniya hərbi kontingentinin sayı 3 min nəfər təşkil edir. RBK -nın məlumatına səasən, alman hərbçiləri Əfqanıstanın nisbətən sakit şimal hissəsində yerləşdirilib.