2006-cı ilin avqustunda Donetsk ətrafında TU -154 təyyarəsində həlak olanların yaxınları Sankt-Peterburqun məhkəmələrinin birində iddia qaldırıblar. Bu barədə jurnalistlərə vəkil İqor Trunov məlumat verib.
Onun sözlərinə görə, cəmi 41 iddia qaldırılıb. İddia "Pulkovo" FQUP şirkətinə qarşı qaldırılıb. "Tələbin əsası çox genişdir, - Trunov qeyd edib. - Xüsusilə bunlar həlak olanlara mənəvi kompensasiya, əmlakın itirilməsi və sairdir ". RBK . -nın məlumatına görə, iddiaçıların mənəvi dəyər həcmində tələbləri 1 mlrd 280 min rubl, maddi ziyanın əvəzində isə 2 mln 780 min rubldır.
Qeyd edək ki, 2006-cı il avqustun 22-də Rusiya sərnişin təyyarəsi Donetskin 45 km-də qəzaya uğrayıb. Təyyarə "Pulkovo" avnaşirkətinə məxsus idi və Anapa-Sank-Peterburq mərşrutu üzrə hərəkət edirmiş. Bortda olan 160 nəfər və 10 ekipaj üzvü həlak olub.