...

İran "Buşəhr" AES-ın tikintisinə maliyyəni bərpa edib – Rusatomun başçısı

Dünya xəbərləri Materials 27 Mart 2007 13:31 (UTC +04:00)

Rusatomun başçısı Serqey Kirienko təsdiq edib ki, İran Buşəhrdə atom elektrik stansiyasının tikintisinə vəsaiti təmin edib.

"Yarım aylıq da olsa, ilk ödəniş gəldi" - bazar ertəsi Kirienko jurnalistlərə deyib.

Rusatom başçısının köməkçisi Sergey Novikovun RİA Novosti -yə verdiyi məlumata görə, Atomtikintiixracat İranın "Buşəhr" AES-ın tikintisi üçün ilk ödənişi alıb.

Onun sözlərinə görə, Rusiya İranın bu addımını müsbət qiymətləndirir.

"Bizim İranlı tərəfdaşlarımızın öz çətinliklərini dəf etməsi yaxşıdır, lakin bu, meydançanın tələblərini tam təmin etmir" - Novikov deyib. Ödənişin məbləği barədə suala cavabında o bildirib ki, adi vəziyyətdə Buşəhr AES -ın normal tikinti fəaliyyəti üçün hazırkı ödəniş yarım ayın xərclərini ödəyə bilər.

Novikov dəqiqləşdirib ki, Atomtikintiixracat "Buşəhr" AES meydançasında tikintini davam etdirir. "Atom stansiyasının tikintisilə 2 mindən çox rusiyalı mütəxəssis məşğuldur"- deyə Rusatomun nümayəndəsi bildirib.

Buşəhrdə İran AES-ın tikintisi ətrafında problemlər İranın layihəni maliyyələşdirmək öhdəliyini pozması səbəbindən yaranmışdı.

Xəbər lenti

Xəbər lenti