...

Tiflisdə terrorizm və trefikinq problemləri üzrə beynəlxalq konfrans keçiriləcək

Dünya xəbərləri Materials 29 Mart 2007 10:50 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Martın 29-da Tiflisin Kortiard Merriott mehmanxanasında beynəlxalq terrorizm və trefikinqə qarşı mübarizə problemlərinə həsr olunmuş iki günlük beynəlxalq konfrans işinə başlayacaq. Mərasimin təşkilatçıları Gürcüstanın Milli Təhlükəsizlik Şurası və Avropa Komissiyasıdır.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına əsasən, konfransın işində NATO, BMT, BMT-nin İnkişaf Proqramı, ATƏT, Avropa Birliyi, Marşalın Avropa Mərkəzi və digər bu kimi beynəlxalq təşkilatları təmsil edəcək 15 dövlətin nümayəndələri iştirak edəcək.

Konfransda insanların qul kimi istifadə olunması və insanların qul kimi satılmasının qarşısını almaq üçün preventiv tədbirlər məsələləri müzakirə olunacaq. Həmçinin beynəlxalq terrorizmə qarşı mübarizə yolları müzakirə mövzusu olacaq.

Konfransı bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili açacaq.

Xəbər lenti

Xəbər lenti