...

İran Britaniya hərbiçisinin Londonu İraqdan qoşunlarını çıxarmağa çağıran məktubunu yayıb

Dünya xəbərləri Materials 30 Mart 2007 17:47 (UTC +04:00)

İranın Londondakı səfirliyi Britaniya hərbiçisi Fey Terneyin ikinci məktubunu yayıb. Burada o, Böyük Britaniyaya İraqdan qoşunlarını çıxarmağı məsləhət görür. "Qoşunların çıxarılmasına başlamaq və İraqa öz gələcəyini özünün seçməsinə imkan vermək vaxtı gəlib" - İran diplomatlarının inandırmalarına görə, Terney tərəfindən yazılan məktubda belə deyilir.

Bununla bərabər o bildirir ki, martın 23-də Britaniya kateri İranın su ərazisinə daxil olub. RBK -nın Reuters-ə istinadən verdiyi məlumata görə, məktub Böyük Britaniya parlamentinə göndərilib. Terney 2007-ci il martın 23-də daha 14 britaniyalı ilə birlikdə İraq və İranın sərhəd suları ərazisində, Fars körfəzinin şimal hissəsində İran tərəfindən tutulub. Tehran əmin edir ki, britaniyalılar İranın dövlət sərhədini pozublar. Böyük Britaniya isə bildirir ki, onun dənizçiləri İraqın su ərazisində olublar və İrandan təcili surətdə tutulanların qaytarılmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti