...

Ukrayna parlamenti hökumətə seçkiləri maliyyələşdirməyi qadağan etdi

Dünya xəbərləri Materials 3 Aprel 2007 12:54 (UTC +04:00)

Ukrayna parlamenti hökumətə seçkiləri maliyyələşdirməyi qadağan etdi. "İmzatoplama və xalq deputatlarının növbədənkənar seçkilərinin keçirilməsinə yönələn hər hansı bir hərəkəti yerinə yetirmək və bununla bağlı Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinə maliyyə ayırmaq Nazirlər Kabinetinə qadağandır"- RBK .-nın məlumatına görə, bu fikirlər parlamentin bugünkü iclasında qəbul edilən qətnamədə deyilir.

Xalq deputatları hamçinin Ukraynadakı vəziyyətlə əlaqədar olaraq növbədənkənar deputat seçkilərinin keçirilməsi xahişilə Avropa Şurası Parlament Assambleyasına müraciət etməyi qərara alıblar. Hazırkı qətnaməni eks-ədliyyə naziri Yuriya Yexanurova və indiki xalq deputatı Serqey Qolovati də dəstəkləyib. Onlar əmindir ki, prezident parlamenti buraxmaq hüququna malik deyil.

Xəbər lenti

Xəbər lenti