...

2006-cı ildə Gürcüstanda ÜDM artımı 9,5 % təşkil edib

Dünya xəbərləri Materials 6 Aprel 2007 13:48 (UTC +04:00)

Gürcüstan, Tiflis /müxbir. Trend N.Kirtsxalia/ 2006-cı ildə Gürcüstanda ÜDM artımı 9,5 % təşkil edib. Gürcüstan Milli Bankından Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, 2006-cı ilin yanvar-fevral aylarında ÜDM-in bazar qiyməti 13 783 900 000 lari (təxminən 7 876 000 000 dollar), 2005-ci ilin göstəricilərinə görə isə 11 621 000 000 lari təşkil edib.

2006-cı ilin 12 ayı ərzində ÜDM adambaşına 3,1 min lari, 2005-ci ildə isə 2,5 min lari təşkil edib.

Hazırda Gürcüstanın sənaye müəssisələri 3 933 800 000 lari məbləğində məhsul istehsal edir, bu isə ölkədə ÜDM-in ümumi həcminin 28,5 %-ni təşkil edir.

2 356 400 000 lari məbləğində kənd təsərrüfatı məhsulları istehsal edilib, bu da ÜDM-in ümumi həcminin 17%-ni təşkil edir.

2006-cı ildə Gürcüstanda infilyasiyanın səviyəsi 8,8% təşkil edib.

Xəbər lenti

Xəbər lenti