...

DYBT ölkələri dəmir yolları baş direktorlarının 22-ci konfransı Tiflisdə protokol imzalanması ilə sona çatıb

Dünya xəbərləri Materials 27 Aprel 2007 18:00 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Dəmir Yolları Birliyi Təşkilatına (DYBT) üzv olan ölkələrin dəmir yollarının baş direktorlarının Tiflisdə keçirilən 22-ci konfransının nəticələrinə əsasən yekun protokol imzalanıb.

"Gürcüstan dəmir yolları" QSC-dən verilən məlimata görə, konfrans zamanı 2006-cı ilin yekunları nəzərə çatdırılıb və gələcək planlar müzakirə olunub. "Şərq-Qərb" nəqliyyat dəhlizinin inkişafı baxımından konfransın işinin yekunları Gürcüstan dəmir yolu üçün çox mühümdür", - deyə bildirilib.

Müşavirə zamanı tərəflər yük və sərnişin daşımaları, həmçinin maliyyə məsələlərini müakirə ediblər. Görüş iştirakçıları Gürcüstanın Poti limanında çoxprofilli terminalın tikilməsi ilə bağlı qərar açıqlayıblar. Bundan əlavə, 2006-cı ildə DYBT-in infrastruktur və dəmiryol vasitələri, informatika və kodlaşdırma üzrə komissiyaların fəaliyyətinin yekunalrına baxılıb.

Konfransın işində 23 ölkədən 120 nümayəndə iştirak edib. Növbəti konfrans gələn il İranda təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti