...

Gürcü kişiləri var-dövləti daha üstün tuturlar

Dünya xəbərləri Materials 15 May 2007 10:52 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia / Gürcü kişiləri üçün əsas önəm verdikləri zənginlikdir. Belə deməyə "Kviris palitra" ("Həftənin palitrası") gündəliyinin keçirdiyi sorğunun nəticələri əsas verir.

414 respondentdən 68 faiz birinci yerdə zənginliyin dayandığını söyləyib. İkinci yerdə sağlamlıq, üçüncü yerdə isə karyera durur. Gürcüstan kişiləri üçün sevgi yalnız dördüncü yerdə dayanır. Bunun ardınca təhsil, ailənin qurulması, uşaqlar, qadınların diqqəti və cəlbedici xarici görünüş gəlir.

Qeyd edək ki, gürcü qadınları arasında keçirilən sorğunun nəticələri də göstərib ki, onlar üçün birinci yerdə zənginlik dayanır. İkinci sağlamlıq, üçüncü yerdə isə gözəllik gəlir.

Xəbər lenti

Xəbər lenti