...

Ukraynalı politoloq: Yuşenkonun Krakovda energetika sammitindəki bəyanatları deklakrativ xarakter daşıyırdı

Dünya xəbərləri Materials 16 May 2007 20:01 (UTC +04:00)
Ukraynalı politoloq: Yuşenkonun Krakovda energetika sammitindəki bəyanatları deklakrativ xarakter daşıyırdı

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Ukraynalı politoloq, "Sofiya" sosial araşdırmalar mərkəzinin direktoru Andrey Yermolayev hesab edir ki, Ukrayna prezidentinin Krakovda energetika sammitində yeni qərbyönümlü ölkələrin enerji blokuna qoşulmaq barədə bəyanatı deklarativ xarakter daşıyır.

Mayın 11-də Polşanın Krakov şəhərində ikigünlük sammitin nəticələrinə əsasən Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukrayna prezidentləri Odessa - Brodı neft kəmərinin Polşa hissəsinin Plotsk şəhərinə qədər tikintisinin dəstəklənməsi barədə birgə bəyannamə imzalayıblar.

Sammitin yekunlarına əsasən hazırlanmış yekun sənəddə Mərkəzi Asiya enerji daşıyıcılarının Rusiyadan kənar yeni marşrutlarının yaradılması üzrə enerji siayasətinə ümumi yanaşması olan dövlətlərin enerji blokunun yaradılmasını müəyyən edirdi. 12 mayda isə Rusiya, Qazaxıstan və Türkmənistan Türkmənbaşı şəhərində Rusiayanın ərazisindən keçəcək Xəzərsahili qaz kəmərinin tikintisi barədə Bəyannamnə imzaladı.

Bu gün Ukraynanın yanacaq və energetika naziri Yuri Boyko Kiyevin Xəzərsahili qaz kəməri sazişinin iştirakçısı olmağı planlaşdırdığını bildirib ki, bu da Krakov razılaşmasından kənara çəkilmək kimi qiymətləndirilə bilər.

Çərşənbə günü telefonla Kievdən Yermolotyev bildirib ki, iki energetika strategiyası arasında rəqabət üçün əsas görmür. "Mahiyyətcə, Ukrayna Avropa formatında əməkdaşlığa meyillidir və mən hesab edirəm ki, Ukrayna əsasən özü üçün starteji maraq kəsb edən layihələrdə yer alacaq. Mənə belə gəlir ki, prezident komandasının bir hissəsində yalnış bir rəy var ki, onlar tranzlit ölkə starategiyasını tutmağı məsləhət görürlər. Neft çıxaran və neft istehlakçısı olan ölkələr arasındakı strategiya şübhəli və dəyişkəndir. Ukrayna daha çox Avropa layihələrində əməkdaşlığa meyillənəcək, nəinki tranzit ölkə startegiyasına tutunmaq",-deyə politoloq hesab edir.

Yermoloyevin fikrincə, söhbət faktiki olaraq təşəbbüs rəqabətindən gedir və münaqişə üçün heç bir əsas yoxdur. "İndi tranzit ölkələrdə məşhur olan dəstəklənmə və ya dəstəklənməmə barədə ictimai rəyin öyrənilməsinin Ukrayna üçün praktiki əhəmiyyəti yoxdur, ona görə ki, Ukraynanın buna kifayət qədər əsas və arqumenti də yoxdur",-deyə politoloq yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti