...

Putin Rusiya-NATO müstəvisində RƏMS ilə bağlı danışıqların genişləndirilməsini mümkün hesab edir

Dünya xəbərləri Materials 3 İyul 2007 13:47 (UTC +04:00)

Vladimir Putin Rusiya-NATO müstəvisində RƏMS ilə bağlı danışıqların genişləndirilməsini mümkün hesab edir. Bu haqda Rusiya prezidenti Kennebankportda ABŞ prezidenti Corc Buşla birgə keçirilən mətbuat konfransında bildirib. Bundan əlavə, Rusiya dövlətinin başçısı raket buraxılışlarının monitorinqi məqsədilə Moskvada informasiya mübadiləsi analitik mərkəzinin yaradılması təklifi ilə çıxış edib. "Əgər müvafiq mərkəz kifayət etməzsə, ikinci analitik mərkəzi Avropada, yəni Brüsseldə yaratmaq mümkündür" - deyə Putin əlavə edib. "RBK"nın verdiyi məlumata görə, "yaradılacaq bu tip informasiya bazası real vaxt rejimində işləyən qapalı sitstem ola bilər" - deyə prezident qeyd edib.

Putin həmçinin bildirib ki, Rusiya raket hücumlarına qarşı ABŞ-la birgə istifadə oluna biləcək Qəbələ RLS-i bərpa etməyə hazırdır. "Mayak" radiosunun verdiyi məlumata görə, Rusiya prezidenti bildirib ki, Rusiya həmçinin bu sistemə lazım gələrsə ölkənin cənubunda tikilməkdə olan raket buraxılışından xəbərdarlıq üzrə stansiyanı da daxil etməyə hazırdır.

"Bu tədricən təhlükəsizlik sahəsində strateji əməkdaşlığa gətirib çıxaracaq" - deyə Putn bildirib.

Xəbər lenti

Xəbər lenti