...

Alman jurnalistləri istintaqa cəlb olunub

Dünya xəbərləri Materials 3 Avqust 2007 11:21 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend A.Məhərrəmli/ Məhkəmədəki qaynaqlardan verilən məlumata görə, ondan artıq alman jurnalisti terror əleyhinə mübarizəyə dair araşdırma aparan parlament komissiyasının məxfi sənədlərinin öz mətbu orqanlarında nəşrindən sonra məhkəmə istintaqına cəlb olunub. Almaniyanın ARD dövlət kanalının məlumatına görə, parlament komissiyasının tələbi ilə bir neçə şəhərin, o cümlədən Berlin, Münhen və Hamburq şəhərlərinin prokurorluq orqanları məlumatların mətbuata necə "sızmasına" dair təhqiqat aparır. Berlin prokurorluğunun sözçüsü bu şəhərdə beş qəzetin, o cümlədən gündəlik çap olunan "Day Velt" (Die Welt) və "Taqesşpiqel" (Tagesspiegel) qəzetlərinin istintaqa cəlb olunduğunu deyib. ARD kanalının məlumatında həmçinin "Der Şpiqel" (Der Spiegel) və "Day Zeit" (Die Zeit) həftəlik nəşrlərinin də istintaq hədəfində olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti