...

Gəncədə 26 yaşlı gənc məhkəmənin yaxınlığında bıçaqlandı

Hadisə Materials 10 May 2016 23:49 (UTC +04:00)
Gəncədə 26 yaşlı gənc məhkəmənin yaxınlığında bıçaqlandı
Gəncədə 26 yaşlı gənc məhkəmənin yaxınlığında bıçaqlandı

Bakı. Trend:

Gəncədə 26 yaşlı gənc məhkəmənin yaxınlığında bıçaqlandı

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Şəhərin Vəli Xuluflu küçəsində yaşayan 26 yaşlı Xaliq İsmayılov qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. İsmayılovun Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin yaxınlığında bıçaqlandığı məlum olsa da, hadisənin kim tərəfindən törədildiyi və hansı şəraitdə baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti