...

Gəncədə toy qana bulandı

Hadisə Materials 3 Sentyabr 2016 10:45 (UTC +04:00)
Gəncədə toyda 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.
Gəncədə toy qana bulandı

Bakı. Trend:

Gəncədə toyda 29 yaşlı kişi ürəyindən bıçaqlanıb.

Trend Kəpəz TV-ə (Region TV) istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin Təbriz küçəsində yerləşən şənlik evində baş verib.

Gəncə sakini 29 yaşlı Ramal İsgəndərov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib.

Həkim Etibar Abbasov bildirib ki, xəstə təcili əməliyyata götürülüb, ağ ciyər və ürəyin yaralanması aşkarlanıb: “Yaralar tikilib, qanaxma dayandırılıb, xəstənin hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağırdır”.

İlkin məlumata görə, zərəçəkmiş toy mərasimində yaranan mübahisə zəminində bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti