...

Azərbaycan və Ermənistan xarici işlər nazirinin Hamburqda görüşü keçiriləcək

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Noyabr 2016 20:56 (UTC +04:00)
Minsk Qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkilini təklif edir.
Azərbaycan və Ermənistan xarici işlər nazirinin Hamburqda görüşü keçiriləcək

Bakı. Səba Ağayeva - Trend:

Minsk qrupunun həmsədrləri Hamburqda ATƏT XİN Şurası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkilini təklif edir.

Trend-in məlumatına görə, bunu nazir Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib.

E.Məmmədyarov Azərbaycanın bu görüşə razılıq verdiyini bildirib.

Nazirin sözlərinə görə, münaqişənin həllində passivlik müşahidə olunur: “Sankt-Peterburq görüşündən sonra biz irəliləyişə ümid edirdik və Sankt-Peterburq ab-havasının bərpa olunmasını istərdik. Lakin erməni tərəfi prosesə mane olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti