...

General: Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var

Siyasət Materials 26 May 2016 19:29 (UTC +04:00)
Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var.
General: Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ-ın Avropadakı quru qoşunlarının komandanı general-leytenant Frederik Ben Hodces deyib.

O qeyd edib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək üçün bir çox sahələr var".

General vurğulayıb ki, Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə Əfqanıstandadırlar: "Biz bu yay Rumıniyada birgə təlimlər keçirməyi planlaşdırırıq. Azərbaycanın Əfqanıstandakı əməliyyatları dəstəkləməkdə davam etməsi ölkənizin təhlükəsizlikdə və sabitlikdə maraqlı olduğunu göstərir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti