...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Makedoniya prezidenti ilə müzakirələr aparıb (FOTO)

Siyasət Materials 16 Avqust 2016 13:25 (UTC +04:00)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri avqustun 15-də Ohrid şəhərində mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Makedoniya prezidenti ilə müzakirələr aparıb (FOTO)

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri avqustun 15-də Ohrid şəhərində mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, artıq 7 ildir həyata keçirilən bu proqram Makedoniya Prezidenti Georgi İvanovun təşəbbüsü ilə baş tutur.

Açılış mərasimində Prezident G.İvanovla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin iştirak edib, nitq söyləyiblər. Onlar həmçinin, açılış mərasimindən sonra Makedoniya Prezidenti G. İvanovun qəbulunda olublar. Qəbul zamanı NGBM ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq 3 ildir ki, Prezident G.İvanovun Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir. Məktəbin proqramına tanınmış məruzəçilərin liderlik və idarəetmə sahələrində oxuduğu məruzələr və keçdiyi təlimlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti