...

Qurban bayramı ilə əlaqədar heyvan kəsilən ərazilərin dezinfeksiyasına başlanılıb

Cəmiyyət Materials 14 Sentyabr 2016 10:26 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) dünən axşamdan etibarən Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyasına başlayıb.
Qurban bayramı ilə əlaqədar heyvan kəsilən ərazilərin dezinfeksiyasına başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) dünən axşamdan etibarən Qurban bayramı ilə əlaqədar heyvan kəsiminin təşkil edildiyi ərazilərin dezinfeksiyasına başlayıb.

Xidmətin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Trend-ə bildirib ki, dezinfeksiya işləri Mənzil-Kommunal Təsərrüfatı birliklərinin işçiləri tərəfindən heyvan kəsimi üçün yerlərin ayrıldığı ərazilərdə təmizlənmə işləri aparıldıqdan sonra həyata keçirilir. Dezinfeksiya işlərinin bu gün yekunlaşacağı gözlənilir. Dezinfeksiya işlərinin aparılmasında məqsəd ərazidə hər hansı xəstəliklərin yayılmasının qarşısını almaqdır.

Y.Xanvəli bildirib ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanlarIn kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirilmişdi.

Xidmət rəsmisi qeyd edib ki, DBNX-nin nəzarət etdiyi heyvan kəsimi məntəqələrində antisanitariya halları qeydə alınmayıb.

Y.Xanvəlinin sözlərinə görə, Qurban bayramı günlərində ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvan kəsiminin həyata keçirilməsi və satışı ilə əlaqədar DBNX-ya heç bir müraciət daxil olmayıb.

Qeyd edək ki, sentyabrın 12-i və 13-də Azərbaycanda Qurban bayramı qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti